18 Aprel 2014 14:51
395

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Teleqraf.com xəbər verir ki, komitə üzvləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında qeydə alınan qayda pozuntularına hüqüqi qiymət verib:

* “Neftçi” - “Rəvan” matçının 52-ci dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra “Neftçi” klubunun azarkeşləri meydanı tərk edən rəqibin futbolçularına əşyalar atıqları üçün klub 2000 manat cərimə olunur.

- Oyun başa çatdıqdan sonra dəhlizdə kənar şəxslər olduğu və təhlükəsizlik təmin olunmadığına görə “Neftçi” klubu 5000 manat cərimə olunur.

* “Qəbələ” - “Xəzər Lənkəran” matçının 1-ci və 2-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri, 42-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən isitifadə edildiyi üçün hər iki klub 1000 manat cərimə olunur.

- Oyunun 5-ci və 8-ci dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

- Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun məşqşisi Andrey Syomin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur.

- Oyundan əvvəl cəzalı olduğu üçün matçda iştirak etmək hüququ olmayan “Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyev geniş kütlə qarşısında oyunun baş hakimini təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 10000 manat cərimə olunur. Futbolçuya verilmiş 5 oyunluq cəza Premyer Liqa matçlarına şamil edilir.


Müəllif: