18 Aprel 2014 16:51
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi” komandnın kapitanı Con Terriyə bir illik müqavilə təklif edib.

Teleqraf.com xəbər verir ki, yeni müqaviləyə əsasən futbolçunun məvacibi 2 dəfə azldılacaq. London klubunun strateji xəttinə əsasən yaşı 30-dan yuxarı olan futbolçulara bir illik müqavilə təklif edilir. Üstəlik, onların məvacibi də azaldılır. İndiyə qədər “Çelsi”də həftəyə 150 min funt sterlinq alan Terri, yeni müqaviləyə görə cəmisi 75 min funt sterlinq qazanacaq.

Futbolçunun bu təklifi qəbul edib-etməyəcəyi məlum deyil. Ancaq İngiltərə mətbuatının yaydığı məlumata görə, Terrinin xidmətində İngiltərənin bir neçə klubu ilə yanaşı, “Qalatasaray” da maraqlıdır. Terri “Çelsi”nin yetirməsidir. 1998-ci ildən bu komandada çıxış edən futbolçu 617 oyunda 58 qol vurub.


Müəllif: