18 Aprel 2014 18:09

AFFA İntizam Komitəsi azarkeşlər fişəng yandırdığı üçün komandaları cərimə edir.

Bu gün də İntizam Komitəsi ölkə kubokunun yarımfinal oyunlarında "Neftçi" və "Qəbələ" azarkeşləri meydançaya "kənar əşya", pirotexnik maddə atdığı üçün hər iki kluba üst-üstə 5-6 min manat cərimə kəsib. Yaxşı olar ki, AFFA İK-in üzvləri Teleqraf.com-un Yunanıstan çempionatının son turu çərçivəsində keçirilən PAOK - "Olimpiakos" matçından təqdim etdiyi bu videoya baxsınlar və azarkeşlərin nələr etdiyini görsünlər.

Yaxşı ki, bizdə belə azarkeşlər yoxdur. Yoxsa, AFFA İK klubların büdcəsini cərimə adı ilə tamamilə mənimsəyərdi.


Müəllif: