18 Aprel 2014 18:40
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Real”ın ulduzu Qaret Beylin “Barselona”nın qapısına vurduğu qol altıqat olimpiya çempionu Useyn Boltu heyrətləndirib.

Teleqraf.com xəbər verir ki, Bolt Beylin sürətindən təəccübləndiyini bildirib:

“Beyl möhtəşəm qol vurdu. O, fantastik sürət nümayiş etdirərək inanılmaz soyuqqanlılıqla topu qapıçının ayaqları arasından tora göndərdi. Dünyanın istənilən sprinteri həyatında bircə dəfə belə qol vurmaq istərdi. Beyl dünyanın ən sürətli futbolçusudu. Futbolda sürət böyük əhəmiyyət kəsb edir”.


Müəllif: