1 İyun 2014 10:01
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya millisinin və "Real" klubunun müdafiəçisi Serxio Ramos geridə qalan mövsümü dəyərləndirib.

Teleqraf.com-un məlumatına görə, "goal.com"a danışan Ramos "Qızıl top" mükafatını qazanmaq istədiyini gizlətməyib:

"Hazırda əla formadayam. Ötən mövsüm möhtəşəm alındı. Ümid edirəm ki, bu çıxışım Braziliyada keçiriləcək dünya çempionatında da davam edəcək. Əlbəttə, "Qızıl top" mükafatını qazanmaq istəyirəm. Ancaq düzünü desəm, bu haqda heç düşünməmişəm. Bu tip titulları futbolçular təkbaşına deyil, komanda sayəsində qazanır. Çempionlar Liqasını Ramos yox, bütün komanda qazandı. Bunun üçün biz çox çalışmışdıq".


Müəllif: