1 İyun 2014 12:42
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı məşhur futbolçu, Peterburqun "Zenit" komandasının yarımmüdafiəçisi Anatoliy Timoşuk hər kəsi maraqlandıran addım atıb.

ANS PRESS-in məlumatına görə, idmançı legioner hesab edilməməsi üçün vətəndaşlığını dəyişmək təklifi alıb. Amma o, bundan imtina edib.

Timoşuk bu barədə "Svetskaya jizn" ("Kübar həyat") adlanan verilişə verdiyi müsahibə zamanı danışıb:

"Bunun kimi təkliflər mən Sankt-Peterburqa ilk gəldiyim günlərdə daha çox olurdu. Hal-hazırda isə mənim buna qarşı olan mövqeyimi hər kəs bilir. Mən özümü əsil ukraynalı hesab edirəm, pasportumu da dəyişmək fikrim yoxdur. Buna görə də hər kəs bu məsələdə məndən uzaq qaçır, bilirlər ki, hətta açılaya bilərəm", - deyə Anatoli Timoşuk fikirlərini bölüşüb.


Müəllif: