18 Aprel 2014 22:00
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın futbolçusu Anxel di Mariya "Barselona"nın hücumçusu Lionel Messiyə dəstək olub.

Teleqraf.com-un İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Argentina yığmasındakı komanda yoldaşının tənqid olunmasını düzgün hesab etməyib.

Di Mariyanın fikrincə, Messi hazırda da yaxşı formadadır. Sadəcə, rəqib komandanın futbolçuları onu zərərsizləşdirməyi bacarır:

"Messi çox yaxşı və sakit insandır. Əslində uğursuz oyun nümayiş etdirmir, rəqiblər onu zərərsizləşdirir. Mətbuatda ən çox tənqid olunan Messidir. Halbuki komanda olaraq "Barsa" yaxşı oynaya bilmir. Kataloniya klubunun uğursuz çıxışının səbəbi də budur".


Müəllif: