2 İyun 2014 11:29
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ildə futbol üzrə dünya çempionatının keçirilməsi planlaşdırılan Qatarın adı rüşvət qalmaqalı ilə hallanır.

Teleqraf.com-un məlumatına görə, kubokun Qatarda keçirilməsi üçün hökumətin FIFA-ya 5 milyon dollar verdiyi iddia olunur. Bu ittiham Qatarla yanaşı türk şirkətlərində də şok effekti yaradıb. Belə ki, Türkiyənin inşaat firmaları bu ölkəyə dünya kuboku üçün 30 milyard dollar sərmayə qoymağı planlaşdırırdı.

Ümumilikdə Qatar dövləti dünya kuboku üçün 200 milyard dollardan çox vəsait ayırıb. Əgər rüşvət iddiası təsdiq olunsa, dünya kubokunun keçirmək haqqı bu ölkənin əlində alınacaq.


Müəllif: