18 Aprel 2014 22:29
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tottenhem" Qaret Beyli "Real"a çox ucuz qiymətə satdı".

Teleqraf.com-un xəbərinə görə, bu sözləri "Tottenhem"in baş məşqçisi Tim Şervud deyib. O bildirib ki, Madrid klubuna 100 milyon avroya satılan uelsli yarımmüdafiəçinin təzminat qiyməti daha baha olmalı idi:

"İnanıram ki, Beyl "Real"a Çempionlar Liqasını da qazandıracaq. Bununla da Madrid klubu bu transferdən böyük qazanc əldə etmiş olacaq".

Qeyd edək ki, Q.Beyl İspaniya kubokunda "Barselona" ilə final matçında "Real"ın ikinci qolunu vuraraq komandasına kuboku qazandırmışdı.


Müəllif: