2 İyun 2014 11:48
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Roma”nın futbolçusu mərakeşli Mehdi Benatiyanın transfer ilə bağlı iddialar davam edir.

Teleqraf.com xəbər verir ki, “Barselona”nın ardından “Mançester Siti” də Benatiya üçün cəhdlərə başlayıb.

“Roma”nın idman direktoru Valter Sabatini Benatiyanın transferi haqqında maraqlı fikirlər səsləndirib:

“Benatiya məqsəd və hədəfləri olan futbolçudur. Klubdan, azarkeşlərdən və futbolçulardan ayrılmaq istəmir. Onun işlətmədiyi sol ayağının dəyəri 30 milyon avro edər. Buna görə də transfer qiyməti ən az 61 milyon avrodur. Benatiya satılıq deyil. Ancaq kimsə bizə 61 milyon avro təklif edərsə, o məbləğlə yeni heyət qura bilərik”.

Aygün İlqarqızı


Müəllif: