2 İyun 2014 15:40

Rusiya millisinin "DÇ-2014" üçün yekun heyəti açıqlanıb.

Məlumata görə, yığmanın baş məşqçisi Fabio Kapello 23 nəfərlik heyətə aşağıda adları çəkilən futbolçuları daxil edib. Onların arasında əslən azərbaycanlı olan Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksandr Səmədov da var.

Qapıçılar: İqor Akinfeyev (ÇSKA), Yuri Lodıqin ("Zenit"), Sergey Rıjikov ("Rubin");

Müdafiəçilər: Vasili Berezutski, Sergey İqnaşeviç, Georqi Şennikov (hamısı - ÇSKA), Vladimir Qranat, Aleksey Kozlov (hər ikisi - "Dinamo"), Andrey Eşenko ("Anji"), Dmitri Kombarov ("Spartak"), Andrey Semenov ("Terek");

Yarımmüdafiəçilər: Aleksey İonov, Yuri Jirkov, İqor Denisov (hamısı - "Dinamo"), Alan Zaqoyev (ÇSKA), Roman Şirokov ("Krasnodar"), Denis Qluşakov ("Spartak"), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi - "Zenit"), Aleksandr Səmədov ("Lokomotiv");

Hücumçular: Aleksandr Kokorin ("Dinamo"), Maksim Kanunnikov ("Amkar"), Aleksandr Kerjakov ("Zenit")./qol.az/


Müəllif: