3 İyun 2014 12:06
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014/2015 mövsümündə qadın voleybolçuların CEV Çempionlar liqasında Azərbaycanı son ölkə çempionu “Rabitə” və gümüş medalın sahibi “Azəryol” komandası təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya və Türkiyənin 3 komandası yarışda mübarizə aparacaq.

Qadınların CEV Çempionlar liqasında iştirak edəcək komandaların siyahisi belədir: "Rabitə", "Azəryol" (hər ikisi Azərbaycan), “Fənərbaxça”, “Vakıfbank”, “Eczacıbaşı” (hər üçü Türkiyə), "Dinamo Kazan", "Dinamo Moskva", "Omiçka" (hər üçü Rusiya), "Piaçenza", "Yamamay" (hər ikisi İtaliya), "Çemik Police", "İmpel Vroçlav" (hər ikisi Polşa), "Kann", "Nant" (hər ikisi Fransa), “Proşteyov” (Çexiya), "Salo" (Finlandiya), "Drezdner" (Almaniya), “Stinta Bakau” (Rumuniya), "Partizan" (Serbiya), "Volero" (İsveçrə).

Aygün


Müəllif: