3 İyun 2014 16:12
825
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ümid edirəm və arzulayıram ki, Almaniya millisi dünya çempionu ola biləcək".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Sky Sport News"a açıqlamasında deyib.
ABŞ millisinin çalışdırıcısı Yurgen Klinsmannın xüsusi məsləhətçisi kimi Braziliyada təşkil olunacaq dünya çempionatına gedəcək almaniyalı mütəxəssis ölkəsinin yığmasının çətin qrupa düşdüyünü bildirib: "Bu, çox çətin qrupdur. ABŞ yığması "pley-off"a yüksələrsə, bu böyük uğur sayılar. Ancaq hətta Almaniya millisinə də qrupdan çıxmaq asan olmayacaq".
Qeyd edək ki, D qrupunda Almaniya, ABŞ, Kamerun və Qana yığmaları mübarizə aparacaqlar.

Müəllif: