3 İyun 2014 17:33

"Barselona" klubu Fransa Futbol Liqasında çıxış edə bilər.

ANS PRESS-in məlumatına görə, əgər İspaniyada Kataloniyanın müstəqilliyi tanınarsa o zaman klub Fransa liqasında çıxış etmək imkanı əldə edəcək. Kataloniya həmçinin müstəqilliyin əldə edilməsi halında Fransaya nümayəndə də göndərəcək.

Qeyd edək ki, Kataloniya noyabr ayında müstəqillik haqqında referendum keçirməyi planlaşdırırdı. Ancaq İspaniya parlamenti bu təklifi rədd edib. Bundan sonra isə minlərlə etirazçı "Barselona"da küçələrə axışıb.

"Barselona" Avropanın ən nüfuzlu klublarından biridir. Komanda 22 dəfə İspaniyanın çempionatında qalib gəlib və 26 dəfə ölkə kubokuna sahib çıxıb. Kataloniyalılar 4 dəfə isə Çempionlar Liqasında qələbə qazanıblar.


Müəllif: