4 İyun 2014 12:28
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolun canlı əfsanəsi Devid Bekhem yenidən yaşıl meydanlara qaylda biləcəyi ilə bağlı maraqlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, keçmiş futbolçu BBC-nin onunla bağlı çəkdiyi verilişdə futbolçu karyerasını başa vurmasından sonra çətin dövr yaşadığını etiraf edib:

“İlk dövrlər dincəlmək fürsətim olduğu üçün özümü xoşbəxt sayırdım. Amma zaman keçdikcə, bu durumdan narahat olmağa, sıxılmağa başladım. Artıq basketbol oyunlarını izləyirəm.

Futbolçular gözəl oyun göstərəndə, içimdə təəssüf yaranır. Yenidən köhnə günlərə qayıtmaq istəyirəm. Öz-özümə “Futbola dönə bilərəmmi? Təqaüdçü həyatından qurtularaq yenidən oynaya bilərəmmi?” suallarını verirəm”.

Mayamidə futbol klubu almaq niyyətində olduğunu deyən keçmiş ulduz öz klubunda oynaya biləcəyini də etiraf edib:

“Bundan əvvəl həm klub sahibi, həm də futbolçu olan şəxsi tanımıram. Amma niyə də bu sahədə bir ilk yaratmayım?”

Aygün İlqarqızı


Müəllif: