4 İyun 2014 14:28

Martens Hüquq Bürosu "Fənərbaxça"ya bu mövsüm Çempionlar Liqasında iştirak etmək zəmanəti verib.

Teleqraf.com xəbər verir k, “sarı-göylü” komandanın ortaq çalışdığı Martens Hüquq Bürosundan sevindirici xəbər gəlib.

Büron “Fənər” rəhbərliyinə belə cavab verib: “Məhkəməni qazanacağımıza əminik. Əgər “Fənərbaxça” yeni mövsümdən nəhənglər liqasına gedərsə, sizdən vəkillik ödənişi olaraq 2 milyon avro nağd pul alacağıq. Əks təqdirdə ödəniş olmayacaq”.

Qeyd edək ki, “sarı göylü” komanda CAS-ın qərarı ilə iki il müddətinə Çempionlar liqasından uzaqlaşdırılıb.

Aygün İlqarqızı


Müəllif: