4 İyun 2014 18:12
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Prezidenti Dilma Russef hesab edir ki, ölkəsi futbol üzrə 2014-cü il dünya çempionatına hazırlıq məqsədilə pulları düşünülmüş şəkildə xərcləyir, mundial sahibləri üçün turnirin dəyərinin artmasında isə FIFA günahkardır.

Trend-in İnterfaks-a istinadən verdiyi məlumata görə, FIFA vəd etmişdi ki, çempionat üçün arenalar özəl kapital hesabına tikiləcək, lakin bu baş vermədi. Braziliya hökumətinin hesablamalarına görə, özəl investorların vəsaitləri "stadionun yarısına da çatmayacaq", buna görə də ölkə hər şeyi öz hesabına tikmək məcburiyyətində qalıb.

D.Russef belə turnirlərə ev sahibliyi etmək istəyən ölkələrə diqqətli olmağı və ölkə ilə FIFA arasında öhdəliklərin necə paylaşıldığına fikir vermələrini tövsiyə edib.

Qeyd edək ki, Braziliyada mundiala 11 milyard dollardan çox vəsaitin xərclənməsinə etiraz əlaməti olaraq aksiyalar keçirilir.


Müəllif: