19 Aprel 2014 14:08
527

İspaniya kubokunun finalında “Real”a məğlub olan (1:2) “Barselona”nın futbolçuları hücuma məruz qalıblar.

Teleqraf.com xəbər verir ki, final görüşündən sonra “Kamp No”uya gələn futbolçular avtomobillərini və şəxsi əşyalarını götürmək istəyiblər.

Bu zaman onlar stadionun ətrafına toplaşmış azarkeşlərini təhqirlərinə məruz qalıblar. Fanatlar baş məşqçi Xerardo Martinonun, klubun prezidenti Xosep Bartomeunun istefasını tələb ediblər. Azarkeşlər Messinin də ünvanına təhqir dolu şüarlar səsləndiriblər. Görüntünü təqdim edirik:


Müəllif: