5 İyun 2014 12:53
1 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə yığmasının oyunçusu Aleks Oksleyd Çemberleyn Ekvadorla yoldaşlıq matçında zədələnib.

Teleqraf.com xəbər verir ki, baş məşqçi Roy Hodson futbolçusunun zədəsi ilə bağlı mətbuata danışıb. O, Aleksin zədəsinin ciddi olacağından qorxduğunu dilə gətirib:

"Aleks dizindən ciddi zədə alıb. Qorxuruq ki, zədə ciddi ola bilər. Amma hər şey futbolçumuz tibbi müayinədən keçdikdən sonra dəqiqləşəcək. O, çox yaxşı oyun nümayiş etdirdi. Zədəsinə görə dünya çempionatını buraxarsa, bu, onun üçün şanssızlıq olacaq”.

Qeyd edək ki, matçın 63-cü dəqiqəsində 20 yaşlı futbolçunun çarpaz bağları zədələnib.

Aygün İlqarqızı


Müəllif: