19 Aprel 2014 21:39
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın baş məşqçisi Xerardo Martino Lionel Messinin gələcək karyerası haqda danışıb.

Teleqraf.com-un məlumatına görə, argentinalı mütəxəssis "Sport.es"ə açıqlamasında Messinin komandada qalacağına inandığını bildirib:

"Messi 12 yaşından "Barselona"da klubundadır. Onun komandada qalacağına şübhəm yoxdur. Şəxsən mən onun gələcək karyerası haqda danışarkən təəccüblənirəm. Çünki Messinin "Barselona"dan gedəcəyinə inanmıram".

Qeyd edək ki, Messinin yaxın günlərdə "Barselona" ilə müqavilə yeniləcəyi gözlənilir.


Müəllif: