20 Aprel 2014 11:10

"Fənərbaxça"nın hücumçusu Pyer Vebo mövsümün sonunda komandadan ayrıla bilər.

Teleqraf.com-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, "Sevilya" klubu kamerunlu forvardın xidmətində maraqlıdır.

Təcrübəli futbolçunun dünya çempionatından sonra İspaniyaya gedərək "Sevilya" ilə müqavilə imzalayacağı bildirilir. Daha öncə "Osasuna" və "Malyorka" klublarında çıxış edən 32 yaşlı futbolçunun La Liqada oynamaq istəməsi bu iddiaları daha da gücləndirir.


Müəllif: