6 İyun 2014 15:55
1 365

Dünya çempionatında H qrupunda mübarizə aparacaq Belçika komandasında bəzi futbolçuları məşqlərə fasilə veriblər.

Teleqraf.com xəbər verir ki, futbolçular fotosessiya üçün kameralar qarşısına keçiblər. Stefan Vanfleteren adlı fotoqrafın “MMXIV - Les Diables/De Duivels” adlı sərgisi üçün Eden Hazard, Aleks Vitsel, Tibu Kurtua, Kevin de Bruyne, Kristian Benteke kimi oyunçular kamera qarşısına keçib.

Kamera qarşısında yarıçılpaq poza verən oyunçular, meydanda olduğu qədər studiyada da hünərli olduqlarını göstəriblər.

Xüsusilə Eden Hazardın, Bentekenin və Brunenin olduğu fotolar xeyli maraq çəkib. Fotoqrafın bildirdiyinə görə, Hazard kameralar qarşısında xeyli rahat olub.

Aygün İlqarqızı


Müəllif: