6 İyun 2014 16:55
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin və “Arsenal”ın türkiyəli ulduzu Mesut Özil sosial şəbəkədə komanda yoldaşı Aleks Oksleyd-Çemberlen üçün çağırış edib.

Teleqraf.com xəbər verir ki, futbolçu “twitter”də Oksleydi Rioya dəvət edib. Lakin Özil “Arsenal”da birlikdə top qovduğu komanda yoldaşının adını qısaldaraq, onunla zarafat edib. Belə ki, o, Oksleydin adını təhrif edib. Onun adını Oks(Ox) kimi yazıb. “Ox” ingilis dilindən tərcümədə öküz mənasını verir.

Futbolçu sosial şəbəkədə Oksleydə belə mesaj ünvanlayıb: “Gəl, Oks (öküz), mən səni Rioda görmək istəyirəm”

Aygün İlqarqızı


Müəllif: