8 İyun 2014 15:04
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstan Respublikasının Levaşi rayonunda Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçirilib.

Teleqraf.com-un Azərbaycan Güləş Federasiyasına istinadla verdiyi məlumata görə, Dağıstanın dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illiyi münasibətilə keçirilən görüş Rusiya komandasının 6:2 üstünlüyü ilə tamamlanıb.

Yığma komandamızdan Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (97 kq) qələbə qazanıb.

Yoldaşlıq görüşündə qələbə qazanan idmançılar aşağıdakılardır:

57 kq - Nəriman İsrafilov
61 kq - Murşid Mutalimov
65 kq - İlyas Malikov
70 kq - Ramazan Şamsuddinov
74 kq - Əşrəf Əliyev (AZE)
86 kq - Abdulraşid Sadullayev
97 kq - Şərif Şərifov (AZE)
125 kq - Muradin Kuşxov


Müəllif: