9 İyun 2014 09:49
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Dormagen şəhərində qadın güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilib.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yığma komandanın baş məşqçisi Yaqub Məmmədovun rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb.

48 kq-da mübarizə aparan komandamızın lideri Mariya Stadnik bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Polşa, Kanada, Rusiya və yarımfinalda daha bir Kanada təmsilçisini məğlub edən güləşçimiz, finalda Almaniya güləşçisinə də heç bir şans verməyib.

58 kq çəki dərəcəsində mübarizə aparan İrina Netreba yarışa Fransa təmsilçisi üzərində qələbə ilə başlayıb. Ancaq yarımfinalda Qırğızıstan güləşçisinə uduzan təmsilçimiz bürünc medal görüşünə çıxıb.

Həlledici görüşdə Rusiya təmsilçisi üzərində qələbə İrina Netrebaya bürünc medal qazandırıb.
69 kq çəkidə Nadya Sementsova 5 görüş keçirib. Ardıcıl olaraq Almaniya, Rumıniya və Polşa güləşçilərini üstələyən güləşçimiz, yarımfinalda digər Almaniya təmsilçisinə uduzub. Ancaq bürünc medal uğrunda Almaniyadan daha bir güləşçi ilə həlledici görüşə çıxan Nadya Sementsova rəqibinə şans verməyib və bürünc medala sahib olub.


Müəllif: