10 İyun 2014 09:53
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Milli Futbol Komandasının müdafiəçisi Jerar Pike verdiyi reportajda maraqlı fikirlər səsləndirib.

"Sports Illustrated"-a müsahibə verən "Barcselona"nın və İspaniya millisinin müdafiəçi oyunçusu Jerar Pike komanda yoldaşı Messinin oyununu bəyəndiyini etiraf edib.

Dünya kubokunda göstərəcəkləri oyundan danışan futbolçu fikirlərini bu cür bildirib:

"Bəli, dünyanın ən yaxşı futbolçusu Lionel Messi, ikinci isə Kriştiano Ronaldodur. Ola bilsin ki, bizdə bu futbolçulardan heç biri yoxdur, amma bizdə də Andres İniesta, Xavi kimi futbolçular var və bu yaxşı bir tarazlıqdır."

Pike baş məşqçiləri Visente del Boskeni isə futbol tarixinin ən yaxşısı olaraq qəbul etdiyini açıqlayıb.

Qeyd edək ki, Boske iki dəfə Çempionlar Liqasını qazanıb, dünya və Avropa çempionu olub./anspress/


Müəllif: