10 İyun 2014 11:10
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatına hazırlaşan Hollandiya millisinin son məşqi qalmaqalla yadda qalıb.

Teleqraf.com xəbər verir ki, məşqin gedişində Aryen Robbenlə Bruno Martins arasında xoşagəlməz hadisə yaşanıb.

Belə ki, bir neçə epizodda qardarili futbolçu "Bavariya"nın ulduzuna qarşı sərt oynayıb. Növbəti sərt müdaxiləyə dözməyən Robben Martinsə təpik vurub.

Hadisə komandanın baş məşqçisi Lui van Qaalın gözləri qarşısında baş versə də, mütəxəssis buna müdaxilə etməyib.



Müəllif: