Futbol üzrə İtaliya çempionatında 34-cü turun oyunları keçirilib.
Teleqraf.com xəbər verir ki, turun bütün qarşılaşmaları bir gündə baş tutub. "Milan" "Livorno"nu darmadağınla yola salıb. Lider "Yuventus" "Bolonya" səddini 1 qolla keçib. "Roma" da səfərdə "Fiorentina" üzərində qələbə qazanaraq növbəti mövsümdə Çempionlar Liqasında çıxış edəcəyini rəsmiləşdirib. "Napoli" səfərdə "Udineze" ilə sülhə razılaşdığı halda, "İnter" "Parma"ya qalib gəlib. 6 qolun vurulduğu "Latsio" - "Torino" matçında qalib müəyyənləşməyib. "Atalanta" "Verona"ya, "Kyevo" "Sassuolo"ya, "Cenoa" "Kalyari"yə uduzub. "Kataniya" isə "Sampdoriya"nı məğlub yola salıb.
Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.
İtaliya A Seriyası
34-cü tur
19 aprel
Milan - Livorno - 3:0
Qollar: Balotelli, 43, Taarabt, 51, Patsini, 84.
Atalanta - Verona - 1:2
Qollar: Denis, 87 - Donati, 53, Toni, 72.
Kataniya - Sampdoriya - 2:1
Qollar: Leto, 45, Berqessio, 63 - Okaka, 61.
Kyevo - Sassuolo - 0:1
Qol: Berardi, 40.
Cenoa - Kalyari - 1:2
Qollar: De Mayo, 3 - Sau, 37, Obarbo, 82.
Latsio - Torino - 3:3
Qollar: Mauri, 42, Kandreva, 62-pen; 90 - Kurtiç, 52, Taksidis, 67, İmmobile, 89.
Parma - İnter - 0:2
Qollar: Rolando, 48, Quarin, 89.
Udineze - Napoli - 1:1
Qollar: Fernandes, 54 - Kallexon, 39.
Yuventus - Bolonya - 1:0
Qol: Poqba, 64.
Fiorentina - Roma - 0:1
Qol: Naynqolan, 26.