10 İyun 2014 22:40
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın RAİ dövlət teleradio şirkəti futbol üzrə dünya çempionatının (DÇ) reklam çarxını daha göstərməyəcək.

Teleqraf.com bildirir ki, buna səbəb italyanların DÇ-2014-ə həsr olunmuş reklam çarxında braziliyalıları təhqir etməsidir.

Çarx uşaqların italyan opera musiqisi altında Rio-de-Janeyronun küçələrində necə futbol oynadığı kadrlarından başlanır. Sonra tamaşaçılar İsa Məsihin məşhur heykəlini görürlər. Heykələ kompüter qrafikasının köməyi ilə İtaliya futbol yığmasının futbolkası "geyindirilib".

Məhz bu hərəkət braziliyalıları yaman əsəbləşdirib. /anspress/


Müəllif: