21 Aprel 2014 12:19
517

“Benfika” klubu Portuqaliya çempionu olub.

Teleqraf.com xəbər verir ki, Lissabon “qartallar”ı Portuqaliya çempionatının son turunda “Olhanense”yə qalib gələrək (2:0) mövsümün başa çatmasına 2 tur qalmış rəqibləri üçün əlçatmaz olublar.

66 xal toplayan “Benfika” əzəli rəqibləri “Sportinq”i və son 3 ilin çempionu “Portu”nu geridə qoyub.


Müəllif: