11 İyun 2014 23:07
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya milllisinin futbolçusu Emmanuel Emenike "DÇ-2014"də Argentina ilə matç öncəsi iddialı açıqlama verib.

Hücumçu rəqib komandanın futbolçuları Lionel Messi və Serxio Aqueronun onları məğlub edəcəklərini söyləmisinin hörmətsizlik olduğunu deyib. Emenike bildirib ki, Nigeriyaya qalib gəlmək heç də asan deyil:

"Messi və Aquero matç gününə kimi hələ gözləsin. Peşəkar futbolçu rəqiblərinə hörmət etməlidir". Argentina güclü futbolçulara sahib olduğu üçün bizi məğlub edəcəyini zənn edir? Düzdür, Messi möhtəşəm hücumçudur. Ancaq futbol komanda oyunudur".

Qeyd edək ki, "DÇ-2014"də F qrupunda Nigeriya - Argentina matçı iyununu 25-i baş tutacaq./qol.az/


Müəllif: