11 İyun 2014 23:38
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada futbol üzrə dünya kuboku yarışlarına baxmaq üçün 2 milyon 900 min bilet satılıb.

Ancaq oyunun başlanmağına bir gün qalmış 15 oyuna biletləri hələ də almaq olar. Bu oyunlar arasında Almaniya, İtaliya, Fransa yığmalarının oyunları da var.

FİFA-ya bilet üçün ümumilikdə 11 milyon müraciət olunub. 2,2 milyon bilet birbaşa FİFA.com saytı vasitəsilə satılıb. Biletlərin 60 faizi braziliyalılara çatıb. Vətəndaşları ən çox bilet alan ikinci ölkə ABŞ-dır: 197 min.

İyunun 12-də Dünya Kubokunun açılış oyunu olan Braziliya-Xorvatiya oyununa 61 min biletdən cəmi 25 mini adi qaydada satışa çıxarılıb, 36 min bilet sponsorlara və yerli təşkilatçılara verilib və onlar da öz bildikləri kimi bu biletləri paylayıblar./anspress/


Müəllif: