12 İyun 2014 13:03
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” növbəti dəfə dünyanın ən yüksək ödənişli idmançılarının siyahısını açıqlayıb.

Tərtib olunan reytinqə Floyd Meyvezer liderlik edir. Amerikalı boksçu son 12 ay ərzində 105 milyon dollar qazanıb. Portuqaliyalı futbolçu Ronaldo 80 milyon dollarlıq qazancla ikinci, basketbolçu Lebron Ceyms isə 72,3 milyon dollarlıq gəlirlə 3-cü pillədə yer alıb.

Ən yüksək ödənişli qadınların siyahısına isə rusyanın cazibədar tennisçi Mariya Şarapova başçılıq edir. Rusiyalı idmançı 1 il ərzində 24,4 milyon ABŞ dolları qazanıb. İkinci yerdə digər raketka ustası Li Na qərarlaşıb. Çinli tennisçinin qazancı 23,6 milyon dollara bərabər olub. Son bir il ərzində şəxsi büdcəsini 22 milyon artıran Serena Uilyams isə 3-cü pillədə yer alıb.

Floyd Meyvezer (boks) - 105 milyon dollar

Kriştiarno Ronaldo (futbol) - 80 milyon dollar

Lebron Ceyms (basketbol) - 72,3 milyon dollar

Lionel Messi (futbol) - 64,7 milyon dollar

Kobe Brayant (basketbol) - 61,5 milyon dollar

Tayger Vuds (qolf) - 61,2 milyon dollar

Rodjer Federer (tennis) - 56,2 milyon dollar

Fil Mikelson (qolf) - 53,2 milyon dollar

Rafael Nadal (tennis) - 44,5 milyon dollar

Mett Rayan (Amerika futbolu) - 43,8 milyon dollar

Aygün İlqarqızı


Müəllif: