21 Aprel 2014 12:54
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələ"nin 13 yaşa qədər futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vadafone Beynəlxalq turnirinə uğurlu start verib.

Teleqraf.com xəbər verir ki, turnirin açılış günündə 2 oyun keçirən təmsilçimiz maksimum nəticə qazanıb - 6 xal.

"Qəbələ" ilk matçda Kosovanın "Galaksi" kollektivi ilə üz-üzə gəlib. Matç "qırmızı-qaralar"ın 5:1-lik qələbəsi ilə yekunlaşıb. "Qəbələ"yə 3 xal qazandıran qollar Samir Qurbanov (3), Məhəmməd Məhərrəmov və Nicat Oruclunun aktivinə yazılıb.

İkinci görüşdə Ülfət Mədətovun yetirmələri qrupun iddialı komandalarından olan "TSC Ayntraxt Dortmund"la qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Orxan Abdullayevin qolu həlledici olub.

Komandamız qrupun son matçında bu gün "Fənərbaxça" ilə üz-üzə gələcək.


Müəllif: