12 İyun 2014 18:46
546

"Neftçi"nin futbolçusu Tərlan Quliyev "Qarabağ" klubuna keçib.

Teleqraf.com klubun saytına istinadən məlumat verir ki, "Maritimo" klubundan transfer olunmuş Danilo Diasdan sonra daha bir transfer məsələsi yekunlaşıb. "Neftçi" futbol klubu ilə müqaviləsi davam edən futbolçu ilə bağlı danışıqlar sonda müsbət sonluqla başa çatıb.

Beləliklə, Çempionlar Liqasına hazırlığını davam etdirən "Qarabağ" daha bir transferini reallaşdırın. Komanda "Neftçi"nin və milli komandanın 22 yaşlı gənc müdafiəçisi olan T.Quliyevi transfer edib.

Bu gün tibbi baxışdan keçdikdən sonra Tərlanla 3 illik müqavilə bağlanıb.


Müəllif: