12 İyun 2014 21:49
1 372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisinin futbolçusu Məsut Özil "DÇ-2014"ə çox yaxşı hazırlaşdıqlarını deyib.

Yarımmüdafiəçi bu dəfə dünya kubokunu qazanacaqlarına inandığını bildirib:

"Komandada hər kəs yüksək əhval-ruhiyyədədir. Bundan əvvəlki dünya çempionatlarında yarımfinalda və finalda uduzmuşuq. Amma bu dəfə dünya kubokunu qazanacağıq. Komandamızın bütün futbolçuları buna inanır".

Qeyd edək ki, Almaniya "DÇ-2014"də G qupunda Portuqaliya, ABŞ, Qana yığmaları ilə qarşılaşacaq./qol.az/


Müəllif: