“Formula-1” əfsanəsi Mixail Şumaxer Qrenobl Hospitalının nevroloji şöbəsindən reabilitasiya üzrə ixtisaslaşmış şöbəyə keçirilib.
Şumaxer Qrenobl Hospitalının xüsusi reabilitasiya şöbəsində müalicə alır.
Qeyd edək ki, alman idmançı dağ xizəyilə şütüyərkən yıxıldıqdan sonra keçən ilin dekabr ayından koma vəziyyətinə düşmüşdü.
45 yaşlı alman hələ də Qrenobl Hospitalında qalır. Lakin o nevroloji şöbədən reabilitasiya üzrə ixtisaslaşmış şöbəyə keçirilib.
Digər etapda Şumaxeri ixtisaslaşmış reabilitasiya xəstəxanasına keçirilməsinə hazırlıq işləri aparılacaq.