14 İyun 2014 14:58
1 399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çanaqqalada 4 mərtəbəli evi olan Həsən Yavuz mənzillərini kirayəyə verməmişdən əvvəl şərt qoşur və özü üçün önəmli olan bir sual verir.

Teleqraf.com-un məlumatına görə, sahibkar bu günə qədər 3 mənzilini kirayə verib. O, mətbuata açıqlamasdında kirəkeşlərinin hamısının “Fənər” azarkeşləri olduğunu deyib:

"Bəzən kirayəçilərimi dəyişirəm. Bunun səbəbi də “Fənərbaxça”lı olmağımdır".

Maraqlıdır ki, Həsən Yavuz evini kirayəyə götürməyə gələnlərə ilk sualı - “Hansı komandanın tərəfdarısan?" olur:

“Buna təəcüblənənlər də olur. Mənə, “Niyə öncə komanda soruşursan?” deyirlər. Mənim üçün “Fənərbaxça” sevgisi puldan öncəl gəlir” – deyə mənzil sahibi bildirib.

Qeyd edək ki, H.Yavuz “Fənərbaxça” sevgisi üzündən 5 il əvvəl evinin hamısını sarı və göy rənglərə boyayıb. Bu il isə çempionluğun ardından binasına böyük “Fənərbaxça” bayrağı asıb.

Aygün İlqarqızı


Müəllif: