14 İyun 2014 22:42
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastları Jalə Piriyeva və Züleyxa İsmayılovanın Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında əldə etdikləri nəticələr böyük uğurdur.

Teleqraf.com-un məlumatına görə, bunu gimnastların məşqçiləri deyiblər.

J. Piriyevanın şəxsi məşqçisi Yasena Kuyumciyeva şənbə günü yuniyorların komanda hesabı üzrə mükfatlandırma mərasimindən sonra keçirilən mətbuat konfransında bildirib ki, onlar Avropa çempionatında ilk dəfədir çıxış edirlər və bu, onlar üçün böyük uğurdur.

Züleyxa İsmayılovanın şəxsi məşqçisi Vəfa Bakarova da əmin olduğunu bildirib ki, bu uğurlar gələcək də davam edəcək.

Azərbaycan gimnastları mətbuat konfransında sıxıntılı görünsələr də, onlara kömək edən talismanlarını nümayiş etdiriblər. Məşqçilər gimnastların bu durumunu həyacanın nəticəsi kimi qiymətləndiriblər.
J.Piriyevanın talismanı dodaq boyası, Z.İsmayılovanın talismanı isə mavi gözmuncuğudur.

Gimnastlarımız Azərbaycan Gimnastika Federasiyasının kollektivinə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, baş məşqçi Mariana Vasilevaya və şəxsi məşqçilərinə təşəkkür ediblər.
Onlar xüsusilə bu çempionatın keçirilməsi üçün yaxşı və zəruri şəraitin yaradılmasına görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan şənbə günü Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniyorların komanda birinciliyində üçüncü yerə layiq görülüb.

Azərbaycan ümumilikdə 94.364 bal toplayıb.

Hesabında 96.815 bal olan Rusiya birinci yeri tutub. Belarus isə 94.715 balla ikinci yerdə qərarlaşıb.
İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatıbaşlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.


Müəllif: