3 Aprel 2016 01:31
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İspaniya çempionatının XXXI turu çərçivəsində mərkəzi görüş oynanılıb.

Teleqraf.com azərtac-a istinadən xəbər verir ki, dünyanın maraqla izlədiyi El-Klassiko derbisində “Barselona” Madridin “Real” klubunu qəbul edib. Say etibarı ilə baş tutan 231-ci derbidə qalib tərəf İspaniyanın paytaxt komandası olub. Maçta azlıqda olmaqlarına rəğmən 1:2 hesabı ilə qələbə qazanan “Real” Katalon təmsilçisinin 39 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub. Kral klubunun qələbəsi ilk El-Klassiko həyəcanı yaşayan baş məşqçı Zinəddin Zidan üçün də əlamətdar olub. Gərgin keçən görüşün birinci hissəsində qapılara qol vurulmayıb. Oyunun 57-ci dəqiqəsində Jerar Pike dəqiq baş zərbəsi ilə meydan sahiblərini hesabda önə çıxardıb. Hücumlarını artiran qonaqlar 5 dəqiqə sonra Kərim Benzemanın gözəl qolu ilə oyunda tarazlığı bərpa ediblər. Derbidə son nöqtəni portuqalıyalı ulduz Ronaldo qoyub. O, 85-ci dəqiqədə vurduğu qolla komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, 31 turdan sonra “Barselona” 76 xalla yenə turnir cədvəlinə başçılıq edir. Madridlilər isə 69 xalla üçüncü pillədə qərarlaşıblar.


Müəllif: