15 İyun 2014 14:24
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan gimnastı Jalə Piriyeva halqa ilə fərdi yarışda hakimlərdən 16.300 bal alaraq ikinci yeri tutub.

Teleqraf.com-un məlumatıa görə, yarışın qalibi adını rusiyalı gimnast Yuliya Bravikova qazanıb. Onun hesabında 16.750 bal var. Bürünc medala isə hesabında 15.775 bal olan belaruslu Anastasiya Rıbakova sahib çıxıb.

Qeyd edək ki, iyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatı başlayıb. Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən Azərbaycan Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yuniorların komanda yarışında üçüncü yeri tutub. Azərbaycan ümumilikdə 94.364 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 96.815 balla qiymətləndiriblər. İkinci yerdə 94.715 balla Belarus komandası qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı bu gün başa çatır.


Müəllif: