6 Aprel 2016 09:11
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına start verilib.

Teleqraf.com xəbər verir ki, ilk oyun günündə bütün diqqətlər İspaniya derbisinə yönəlib. La Liqada liderliyini qoruyan "Barselona" klubu öz meydanında digər ispan nəhəngi Madrid "Atletiko"su ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Digər matçda isə Almaniyanın "Bavariya" kollektivi Portuqaliyanın "Benfika" klubu ilə qarşılaşıb. Portuqaliyalılar alman maşınının qarşısında 2 dəqiqə tab gətirə bilib. Oyunda hesabı Vidal açıb. Qarşılaşma elə meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Bu gün 1/4 finalın daha iki qarşılaşması keçiriləcək.

22:45. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə)

22:45. "Volfsburq" (Almaniya) - "Real" (Madrid, İspaniya)

Elvin


Müəllif: