7 Aprel 2016 23:52
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçli futbol ulduzu Zlatan İbrahimoviç vaxtilə dopinqdən istifadə edib. Teleqraf.com xəbər verir ki, bu iddia ilə vaxtilə İsveç Milli Komandasının həkimi olan Ulf Karlsson çıxış edib.

Ulf Karlsson İsveç mətbuatına açıqlamasında qeyd edib ki, Zlatan İbrahimoviç "Yuventus"a gələn zaman 10 kilo kökəlmişdi: "Əzələ kütləsi fərqli oldu. Qısa müddətdə bu cür formaya sahib olmaq mümkün deyildi. Məncə, İbrahimoviç "Yuventus"da olarkən dopinqdən istifadə edib. O klubda belə şeylər adiləşib. Buna görə həkimlər 22 aylıq cəza alıblar".

Hazırda "Paris Saint Germain"də oynayan Zlatan İbrahimoviç məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Ayxan


Müəllif: