17 İyun 2014 00:56
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının F qrupunun ikinci oyununda İran və Nigeriya milliləri qarşı-qarşıya gəlib.

Teleqraf.com xəbər verir ki, dünya çempionatına Azərbaycan siyasətçiləri də böyük maraq göstərir və öz proqnozlarını verirlər.

REAL Hərəkatı sözügedən oyunda İran komandasını dəstəkləyir.

REAL-ın sabiq Məclis başqanı Erkin Qədirli öz Facebook səhifəsində İranı dəstəklədiyini yazıb: “İran yığmasına uğurlar arzulayıram. İran yığmasında Təbriz'in “Traxtor” oyunçularının olması da bir ayrı həyacan verir. Çox xahiş edirəm, son günlər yazdığım status və məqalələrlə əlaqələndirib, siyasiləşdirməyin bu arzumu. Go İran, go!”

REAL hərəkatının icra katibi Natiq Cəfərli də İran-Nigeriya oyununda İrana azarkeşlik etdiyini qeyd edib: “Əlbəttə ki, Türkiyə dünya çempionatına çıxa bilsəydi, həmişəki kimi Türkiyəyə azarkeşlik edəcəkdim. İran bizim coğrafiyada çox vacib dövlətdir, əgər İranda açılım olarsa, klerikal sistemdən demokratik, dünyəvi sistemə keçid baş verərsə, türk dili ikinci dövlət dili olarsa, tarixi keçmişimizi nəzərə alaraq əminliklə deyə bilərəm ki, İran, ən azı Türkiyə qədər bizə yaxın, doğma, əziz ölkə olacaq. İranın dünyaya açılımı başlayıb, davamı gəlməsi üçün idman uğurlarının olmağı da vacibdir, məhz buna görə, bu gün İrana azarkeşlik edəcəyəm...”


Müəllif: