17 İyun 2014 11:09
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə dərc olunub

Pasport 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlığın gedişi ilə yaxından tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Fransa missiyasının rəhbəri Patrik Klüzo ilə müsahibə bu ölkənin idman xəbərləri üzrə ixtisaslaşmış “francsjeux. com” internet resursunda “2015-ci ildə Fransa Bakıya 250 idmançı göndərəcəkdir” sərlövhəsi altında yerləşdirilib.

Müsahibədə, gələn il iki həftə ərzində Bakının Avropanın paytaxtına çevriləcəyi, 2015-ci il iyunun 12-dən 28-dək paytaxtımızda ilk Avropa oyunlarının, kontinental yarışın keçiriləcəyi diqqətə çatdırılıb.

Müsahibədə Bakıya ikinci dəfə səfər etdiyini xatırladan P. Klüzo ilk səfərində olduğu kimi yenə gördüklərinin onu həddindən artıq təəccübləndirdiyini, paytaxtımızın keçmiş və müasirliyi özündə təcəssüm etdirməsinin xoş təəssürat yaratdığını, Avropa Oyunları təşkilat komitəsinin hazırlıq işlərini yüksək səviyyədə apardığını və komitə üzvlərinin əksəriyyətinin vaxtilə Londonda keçirilən oyunların təşkilat komitəsinin üzvləri olduğunu bildirib.

Azərbaycana ilk dəfə ötən ilin yazında səfər etdiyini xatırladan Fransa missiyasının rəhbəri müsahibəsində Fransa İdman Federasiyasının Azərbaycanda keçiriləcək Avropa Oyunlarında iştirakına dair jurnalistin ona ünvanladığı suala cavab verərkən bildirib ki, federasiyanın idmanın müxtəlif növləri üzrə komandaları Bakıdakı oyunlarda iştirak etmək istədiklərinin bəyan ediblər.

Patrik Klüzo Fransanın Bakıya 250 idmançı göndərəcəyini, Avropa Oyunlarında idmançıların sayına görə Almaniyadan sonra ölkəsinin ikinci yerdə olacağını vurğulayıb.


Müəllif: