17 İyun 2014 11:29
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Teleqraf.com Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparacaq.

Güləşçilərimizin ilk rəqibləri məlumdur. Fərid İsmayılov (50 kq) Ukrayna, Vurğun Əliyev (60 kq) Belarus, Hacımurad Ömərov (74 kq) Litva, Səid Həmidov (96 kq) isə Ukrayna təmsilçisi ilə qarşılaşacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.


Müəllif: