18 İyun 2014 12:22
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçirilib.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində AGF-nin baş katibi Əjdər Cəfərov Oleq Krapivinə xidmətlərinə görə Federasiya adından xatirə plaketi təqdim edib.

Turnir zamanı veteran güləşçilər arasında yoldaşlıq görüşü də baş tutub. Görüş arenaya toplaşan azarkeşlər tərəfindən maraqla qarşılanıb.

Respublika turnirində müxtəlif bölgələrdən, klub və cəmiyyətlərdən 400-ə yaxın güləşçi mübarizə aparıb.

Aygün


Müəllif: