1 May 2016 08:55
247

İspaniya "La Liqa"sının 36-cı turu çərçivəsində Sevilyada "Real Betis" "Barselona"nı qəbul edib.

Trend-in məlumatında görə, matç qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 50-ci və 81-ci dəqiqələrdə İvan Rakitiç və Luis Suarez vurub.

Beləliklə, "Barselona" 85 xal toplayaraq ölkə çempionatının lideridir. Komanda 2-ci yerdə olan (85 xal) "Atletiko"nu əlavə göstəricilərə görə qabaqlayır. Üçüncü yerdə isə 84 xalla "Real Madrid" qərarlaşıb.


Müəllif: