18 İyun 2014 12:52
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo Hollandiya ilə oyunda kobud səhvlərə yol verən İspaniya millisinin qapıcısı İker Kasilyas haqda gözlənilməz açıqlama verib. O bundan öncəki açıqlamalarında “Real”ın üzvünü yaxşı qapıçı hesab etmədiyini bildirmişdi. Ancaq bu dəfə portuqaliyalı mütəxəssis ispan qolkiperin Çili ilə matçda oynamalı olduğunu vurğulayıb:

“Mən olsam, Çili ilə görüşdə Kasilyası ehtiyat oyunçuların sırasında saxlamaram. Futbolda qapıcı mövqeyi çox önəmlidir. Kasilyas bir görüşdə pis çıxış etdiyi üçün onu əvəzləmək düzgün olmaz. Onun yığmada yaxşı statistikası var”.

Aygün İlqarqızı


Müəllif: