1 May 2016 18:37
304

Bu gün paytaxtımızın sakinləri və qonaqları üçün əsl bayramdır. ilk dəfədir ki, Bakıda təşkil edilən belə yüksək səviyyəli idman yarışına qatılıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı Marafonu 2016”nın ən yaşlı iştirakçısı 77 yaşlı Tanrıverdi Əliyev jurnalistlərə müsahibəsində deyib.

“Mənim üçün bu, tam yeni yarışdır. Düşünürəm ki, əgər insanda idmana maraq, sağlam bədən, fiziki cəhətdən güc-qüvvə varsa onun idmanın bütün növlərində perspektivi ola bilər”, - deyə Tanrıverdi Əliyev söyləyib.

Yarışın təşkilinə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirən 77 yaşlı iştirakçı deyib: “Belə yarışlar bizim kimi yaşlı insanların zövqünü oxşayır, bizləri yaşamağa səsləyir, özümüzə inam yaradır. Ən başlıcası Vətənin sağlam oğul və qızlarını görüb qürur duyuruq. Arzu edirəm ki, belə tədbirlər çox olsun”.


Müəllif: